Anarsız beş il

Anarsız beş il
  20 İyul 2015    Oxunub:3375
Bu gün Anar Məmmədxanovun ad günüdür.
AzVision.az xəbər verir ki, Anar Məmmədxanov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ordan məzun olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış (1995, 2000, 2005) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Anar Məmmədxanov 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.

Evli idi, 3 övladı yadigar qalıb.


Teqlər:





Xəbər lenti