Sabaha olan hava: yağış, şimşək...

Sabaha olan hava: yağış, şimşək...
  20 İyul 2015    Oxunub:3283
Həftənin ilk iş günü - iyulun 21-də Azərbaycanda 35 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti