Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
  21 İyul 2015    Oxunub:2561
İyulun 22-də saat 10:00-dan 18:00-dək Qazax rayonunun Qazaxbəyli, Aşağı Salahlı, Orta Salahlı, Daş Salahlı və Kosalar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az - a Azərbaycan Dövlət Nefdt Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nardaran”, “Bolqarıstan”, “Maştağa” və “Albalı”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Semzavod” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılan cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Sabunçu rayonunun Maştağa, Nardaran və Xəzər rayonunun Albalı qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Teqlər:



Xəbər lenti