Bərdədə toyda kütləvi dava, 4 nəfər yaralandı

Bərdədə toyda kütləvi dava, 4 nəfər yaralandı
  22 İyul 2015    Oxunub:2827
Bərdə rayonunda toyda kütləvi dava düşüb.
Hadisə rayonun Böyükgöyüslü kəndində qohumlar arasında baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan Camalov Camal Akif oğlunun vəziyyəti ağır olduğundan, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, 28 yaşlı yaralı dəmir parçaları ilə başından və bədənindən çoxsaylı xəsarətlər alıb.

Hadisə zamanı xəsarət alan digər 3 yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb .

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.(report)


Teqlər:



Xəbər lenti