MTK-ların arxasında oliqarxlar dayanmayıb

MTK-ların arxasında oliqarxlar dayanmayıb
  22 İyul 2015    Oxunub:3789
“ “Sevil Massivi” ilə bağlı məsələ artıq yekunlaşıb. 5 nəfər vəzifəli şəxs barəsində iş baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilib”.
AzVision.az xəbər verir ki, bunu bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib:

“Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməməsi barədə məndə narahatçılıq yoxdur. İndiyə qədər vətəndaşlara dəyən ziyanın yarısının ödənilməsi təmin edilib. Digər tərəfdən, həmin 5 nəfərin əmlakı üzərinə həbs qoyulub. Ümid edirəm ki, məhkəmə bizim ilkin qərarla razılaşacaq və üzərinə həbs qoyulan əmklaklar satışa çıxarılacaq. Bu halda vətəndaşların digər yarısına dəyən ziyanı ödənilməsində problem olmayacaq”.

K.Əliyev onu da qeyd edib ki, mənzil-tikinti korporetivlərin arxasında oliqarxların, yaxud kimlərinsə dayanması faktı yoxdur: “Vətəndaşlar mənzil tikinti koperativləri ilə bağlı məsələlərdə bir az ehtiyatlı olsunlar. Bizim tərəfdən yeni tiklilərlə bağlı təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Tikilən binaların reyestri hansısa dövlət qurumu tərəfindən aparılmalıdır ki, vətəndaş mənzil almaq istəyərkənn bunu yoxlada bilsinlər. Digər tərəfdən, vətənldaşlar artıq ayılıblar, son 3-5 ildə aldananlar yoxdur”.

K. Əliyev “Xəmsə” MTK-nın rəhbərinin isə axtarışda olduğunu nəzərə çatdırıb: “Qanun bizə imkan verən formada ziyanın ödənilməsinə çalışırıq. Binanın indiki sahibi ilə vətəndaşlar arasında müqavilələr bağlanıb, bu sahədə vətəndaşlara dəymiş ziyanın ödənilməsinə çalışırıq”.

Bu ilin 6 ayı ərzində 15 cinayət işi üzrə 30 nəfərin barəsində olan iş məhkəmələrə göndərilib deyən Kamran Əliyev bildirib ki, özəl sektor üzrə 11 cinayət işi üzrə 17, tikinti sektoru üzrə 10 cinayət işi üzrə 21, ticarət sahəsi üzrə 11 cinayət işi üzrə 11, kənd təsərrüfatı sahəsi üzrə 3 cinayət işi üzrə 9, təhsil sahəsi üzrə 6 cinayət işi üzrə 13, səhiyyə sahəsi üzrə 6 cinayət işi üzrə 6, bələdiyyələrlə bağlı 3 cinayət işi üzrə 4, yerli icra orqanı ilə bağlı 3 cinayət işi üzrə 3 nəfərin barəsində cinayət işləri məhkəmələrə göndərilib.

Gültəkin ƏLƏSGƏR
Foto: Nuron Məmmədov



Teqlər:  



Xəbər lenti