Azərbaycan silahları I `Orbiter 2 m`və `Aerostar`

Azərbaycan silahları I `Orbiter 2 m`və `Aerostar`
  22 İyul 2015    Oxunub:19887
AzVision.az `Azərbaycan silahları` rubrikasını davam etdirir. Bu rubrikada sizi Azərbaycanda istehsal olunan silahlarla tanış edəcəyik.

Rubrikanı `ORBİTER 2 M` kiçik Pilotsuz Uçuş Aparatının təqdimatı ilə davam etdiririk.

ORBİTER 2 M` kiçik Pilotsuz Uçuş Aparatı (PUA) hərbi və daxili təhlükəsizlik tapşırıqlarının yerinə yetirilməsi üçün layihələndirililib. Sistem kiçik münaqişələrdə müxtəlif kəşfiyyat tapşırıqlarının ( Yaxın məsafəli kəşfiyyat, müşahidə və əraziyə baxış əməliyyatlarının) həyata keçirilməsi üçün nəzərdə tutulub.

Əsas texniki göstəriciləri bunlardan ibarətdir:

Ölçüləri :

- Qanadlarının uzunluğu 3m

- Uznluğu 1m

Texniki göstəriciləri:

- Çəkisi 8,5 kq

- Faydalı yük götürmə imkanı 1,5 kq

-Uçuş məsafəsi 80 km

- Uçuş müddəti -4-5 saat

- Yüksəklik 6 km

- Uçuş surəti 70km/s

Digər təqdimatımız `AEROSTAR`- Taktiki Pilotsuz Uçuş Aparatıdır .



`AEROSTAR` Taktiki Pilotsuz Uçuş Aparatı (TPUA) real zaman rejimində yüksək keyfiyyətli və etibarlı kəşfiyyat məlumatlarının toplanması üçün nəzərdə tutulub.

Əsas texniki göstəriciləri :

Ölçüləri :

- Qanadların uzunluğu 7,5 m

- Uzunluğu 4,5 m

- Hündürlüyü 1,3 m

Texniki göstəriciləri :

- Çəkisi 215 kq

- Faydalı yük götürmə imkanı 50 kq

-Uçuş məsafəsi 200 km

-Uçuş müddəti 12 saat

- Yüksəklik 6 km

- Uçuş sürəti 200km/s

Şahanə RƏHİMLİ
Turan Ramazanlı



Teqlər:  



Xəbər lenti