Orduda çalışan media nümayəndələri mükafatlandırılıb
Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi olaraq vurğulayıb.
Sonra müdafiə naziri general-polkovnik Z.Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən bir qrup əməkdaşa təşəkkür elan olunub, Fəxri fərman və mükafatlar təqdim edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


