Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq? - Açıqlama
Bəs, Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, hazırda qiymətlər müəyyən olunmayıb.
Onun sözlərinə görə, “Azərbaycan Dəmiryolları” QSC-i gediş haqqı ilə bağlı təkliflərini Tarif Şurasına göndərib: “Amma buna əlavələr də olunacaq. Bundan sonra Tarif Şurası hansı qərarı verəcəksə, gediş haqqı o zaman bəlli olacaq”.
Qeyd edək ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarının ümumi sərnişin tutumu 919 nəfərdir. Bütün müasir tələblərə cavab verən yeni qatarlarda sərnişinlərin rahatlığı üçün həb bir şərait yaradılıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


