Qalib idmançılara pul veriləcək - SİYAHI

Qalib idmançılara pul veriləcək - SİYAHI
  23 İyul 2015    Oxunub:3105
Azərbaycan prezidenti İlham Əliyev Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, Universiadada yüksək nəticələr göstərmiş idmançılar və məşqçilər üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

I yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
II yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
III yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

AzVision.az


Teqlər:



Xəbər lenti