Yol polisi reyd keçirdi - Video

Yol polisi reyd keçirdi - Video
  27 İyul 2015    Oxunub:2736
Polisdən qaçmaq istəyin, özünə haqq qazandıran və peşman içkili sürücülər..
Şəki DYPB-nin əməkdaşları Baş DYP-nin əməkdaşları ilə birgə şəhərin bir sıra yerlərində reyd keçirib. Axşam saatlarından başlayan reyd bir çox maraqlı məqamlarla yadda qalıb. Reyd zamanı qayda pozan sürücülər polis tərəfindən saxlanılıb. Bəzi sürücülər polisin “dayan” əmrinə tabe olmayaraq oradan qaçmağa çalışıb.

Saxlanılan bəzi sərxoş sürücülər isə özlərinin bu əməlinə bəraət qazandırmağa çalışıb.Gecə saatlarına qədər davam edən reyd zamanı ümumilikdə 42 qayda pozuntusu qeydə alınıb. 7 nəfərə avtomobili sərxoş idarə etdiyinə görə, 2 nəfərə avtomobili sənədsiz idarə etdiyini görə, 33 nəfərə isə müxtəlif qayda pozuntularına görə protokol tətbiq edilib. Belə reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur. (region tv)




Teqlər:  



Xəbər lenti