Medvedyev Facebook-da rekordçu oldu

Medvedyev Facebook-da rekordçu oldu
  08 İyun 2013    Oxunub:1199
Facebook sosial şəbəkəsində milyonlarla insan Rusiyanın baş naziri Dmitri Medvedyevin səhifəsini bəyənib.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Dmitri Medvedyev öz Facebook səhifəsində oxuculara video-müraciət yerləşdirib.

Baş nazir həmçinin öz səhifəsində yazıb: “Hökumətin işinə maraq göstərən bütün insanlara təşəkkür edirəm. Sizin fikiriniz mənə və mənim komandam üçün çox vacibdir”.

Qeyd edək ki, Dmitri Medvedyev sosial şəbəkələrdən istifadə edən ilk məmurlardan biridir. Baş nazir Facebook-dan başqa Twitter sosial şəbəkəsində də qeydiyyatdan keçib. Sosial şəbəkədə onun artıq yarım milyondan çox izləyicisi vardır. Baş nazir “Vkontakte” saytında da rəsmi səhifə açıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti