İlham Əliyev təbrik etdi

İlham Əliyev təbrik etdi
  30 İyul 2015    Oxunub:2504
Azərbaycan prezidenti İlham Əliyev Mərakeş kralı VI Məhəmmədi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, əziz qardaşım, Mərakeş Krallığının milli bayramı – Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətləri bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək əməkdaşlığımız üçün möhkəm zəmin olacaq. Bu əlamətdar gündə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Teqlər:



Xəbər lenti