`Mən heç kimə imkan vermərəm ki...` - Cavid Hüseynov
"Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxları məni tənqid edir ki sənin dostların öldürüb onu. Amma yox, bu, belə deyil. Mən heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə "facebook"da kiprli jurnalistlə olan müsahibəyə aydınlıq gətirmişik, amma normal şəkildə. Sonra da mehribancasına sağollaşmışıq. İndi isə hamı az qala mənə qatil adı verir. Nə oldu, mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, mən bu cür hərəkət edərəm?
Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə mənim günahım olmaya-olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır".
Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orada dünyasını dəyişib. Avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist bu gün səhər saatlarında dünyasını dəyişib.
Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin ölüm xəbərini təsdiqləyən Klinik Tibbi Mərkəzdən bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.
16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi.
Mərhum onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edirdi. Buna səbəb kimi “Facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.
Jurnalist Rasim Əliyevin "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülməsi məlumatını ilk olaraq həmkarı jurnalist İlqar Vəliyev özünün Facebook səhifəsində məlumat yayıb. Onun yazmışdı ki, 1 saylı Şəhər Klinik Xəstəxanaya (keçmiş Semaşko) yerləşdirilən ANN TV-nin əməkdaşı Rasim Əliyev ağır xəsarətlər alıb, qabırğalarını sındırıblar və onun sol qulağı eşitmir.
Rasim Əliyevi ona görə döyüblər ki, o Facebook səhifəsində Cavid Hüseynovu Kiprin "Appolon" komandası ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunundan sonra kiprli jurnalistin ünvanına jestinə görə tənqid edib. Kiprli Caviddən onun nəyə görə oyundan sonra Türkiyə bayrağını götürdüyünü soruşub.
Rasim Əliyev Facebook-da status yazandan sonra ona telefonla hədə-qorxu gəliblər. Sonra Cavid Hüseynovun özü ona zəng vurub. Onlar kifayət qədər sakit danışıblar və futbolçu ona hərəkətinin səbəblərini izah edib.
Lakin futbolçunun qohumları sakitləşməyib. Onlar Rasimə zəng vuraraq onu çaya dəvət ediblər. Rasim Bayılda baş tutan görüşə gedib. Elə orada 7-8 nəfər KİV nümayəndəsinə hücum edərək onu döyüblər və telefonunu əlindən alıblar.
Bununla bağlı “Cavid Hüseynov özü qafqazinfo-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib: ""Facebook"da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.
Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam "astanovka"dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım..."
Cavid Hüseynovun sözlərinə görə, futbolçu Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: "Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


