7 yaşlı uşaq qəzada öldü - Video
Qəzada sürücünün 7 yaşlı qızı Dünya xəstəxanaya aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti alan sürücü və onun yaxın qohumları Şərqiyə Balayeva, Nazxanım Aydəmirova MRX-a yerləşdiriliblər.
Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. (Region TV)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


