Üzünə `şram` atdılar - Ailəsinin gözü qarşısında (VİDEO)

Üzünə `şram` atdılar - Ailəsinin gözü qarşısında (VİDEO)
  12 Avqust 2015    Oxunub:7648
Dünən axşam saat 9 radələrində Daşkəsən rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Rayonun Alaxançanlı kənd sakini 37 yaşlı Hikmət Namazov ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxslə aralarında mübahisə yaranıb. Nəticədə həmin şəxs Hikmət Namazovun üz nahiyyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Daşkəsən rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


(Region TV)




Teqlər:



Xəbər lenti