Bakıda polis 3 maşını əzdi

Bakıda polis 3 maşını əzdi
  12 Avqust 2015    Oxunub:2202
Bakıda polis zabiti ağır qəza törədib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Hüseyn Cavid prospekti 77 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Əlizadə Əşrəf Vidadi oğlunun idarə etdiyi "Toyota Prado" əvvəlcə Vaqif Əliyevin sürdüyü "Mercedes"ə, daha sonra isə Eldəniz Musayevin idarə etdiyi digər avtomobilə çırpılıb.Nəticədə hər 3 avtomobil əzilib.

Sürücülərdən 25 yaşlı Ə.Əlizadə xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, qəzada yaralanan 25 yaşlı Ə.Əlizadə Yasamal RPİ, 29-cu Polis Bölməsinin sahə müvəkkili, polis zabitidir.


Teqlər:  



Xəbər lenti