“KamAZ”-ın altında qalıb can verdi

“KamAZ”-ın altında qalıb can verdi
  13 Avqust 2015    Oxunub:2007
Avqustun 12-də saat 12 radələrində Göygöl rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yeni Qızılca kəndində rayon sakini Binəli Tavşanov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən kənd sakini Aytac Abdullayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti