Jurnalisti əməliyyat edən həkim yenidən dindirildi

Jurnalisti əməliyyat edən həkim yenidən dindirildi
  13 Avqust 2015    Oxunub:3252
Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev yenidən Bakı Şəhər Prokurorluğunun müstəntiqləri tərəfindən dindirilib.
AzVision.az xəbər verir ki, professor "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Keçən dəfəki dindirmədən fərqli olaraq (ötən dəfə professor 1 saylı Kliniki Tibbi Mərkəzdə dindirilib - "Report") S.Əliyev bu dəfə Bakı Şəhər Prokurorluğuna çağırılıb və orada dindirilib.

Bu gün isə əməliyyatda iştirak edən digər həkim heyəti də ikinci dəfə dindiriləcək.
Özünün həbs olunma ehtimalına gəlincə, S.Əliyev bu barədə danışmaq istəmədiyini deyib.


Teqlər:



Xəbər lenti