Əhaliyə iki günlük hava xəbərdarlığı

Əhaliyə iki günlük hava xəbərdarlığı
  14 Avqust 2015    Oxunub:3528
Avqustun 15-16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən məlumata görə, avqust ayının 15-16-da Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü və günün bəzi saatlarında havada rütubətliliyin normadan bir qədər çox olması fonunda isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Avqustun 17-də isə xəzri küləyinin güclənməsi ilə temperatur rejiminin iqlim normasına yaxın olması nisbətən əlverişlidir.


Teqlər:



Xəbər lenti