Təmas xəttində monitorinq keçirildi

Təmas xəttində monitorinq keçirildi
  14 Avqust 2015    Oxunub:1667
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində növbəti dəfə monitorinq keçirilib.
Bu barədə AzVision.az - a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Monitorinq insidentsiz başa çatıb.


Teqlər:



Xəbər lenti