
Ümumiyyətlə, Azərbaycan Naminə Alyans Partiyasının fəaliyyət göstərib-göstərmədiyi, qərərgahının harada yerləşdiyi, partiyanın rəhbərliyində A.Səmədovdan başqa kimlərin olduğu məlum deyil.
Xatırladaq ki, Azərbaycan Naminə Alyans Partiyası 1994-cü ildə yaradılıb. İlk sədri də Abutalıb Səmədov olub. O, 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci ildə parlamentə keçirilən təkrar və əlavə seçkilərdə 99 saylı Şəmkir seçki dairəsindən deputat seçilib. 2006-cı ilin avqustunda Müəllif Hüquqları Agentliyinin sədri təyin edilib və 2008-ci ilədək bu vəzifədə çalışıb. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir.
MSK-ya dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını təqdim edib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən digər 3 partiya isə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyasıdır.







Vaxtında, Aydın, Lazımlı!


