Keçmiş əri evləndi, intihar etdi

Keçmiş əri evləndi, intihar etdi
  15 Avqust 2015    Oxunub:3258
Kürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib.
AzVision.az `Report`a istinadən xəbər verir ki, kənd sakini, 1993-cü il təvəllüdlü İlgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib. Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti