Nazirlik qanvermə aksiyası keçirir

Nazirlik qanvermə aksiyası keçirir
  17 Avqust 2015    Oxunub:1664
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Bu günə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, aksiyalarda ümumilikdə 360 nəfər iştirak edib, o cümlədən, Şabran rayonunda keçirilib aksiyada 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib. Bugün qanvermə aksiyası Astara şəhərində keçirilir.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

AzVision.az




Teqlər:



Xəbər lenti