14 mindən çox abituriyent ixtisas seçib

14 mindən çox abituriyent ixtisas seçib
  18 Avqust 2015    Oxunub:1810
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə avqustun 14-dən 19-dək ixtisas seçimi aparılır.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, müsabiqənin I mərhələsində qəbul olan abituriyentlərin ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək hüququ yoxdur. Artıq 14 812 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi internet vasitəsilə 19 avqust saat 00.00-dək davam edəcək.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti