Yanğını fürsət bilib evi yardı - Video
Törətdiyi əməli etiraf edən Sakit Əhmədov bildirib ki, qonşusu Sənan İmranova məxsus həyətdə ot bağlamasının yanmasını fürsət bilərək onun evindən qızıl zinət əşyalarını oğurlayıb.
Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan şəxsin əvvəllər də məhkumluğu olub. Hazırda törətdiyi cinayət əməlinə görə Əhmədov Sakit Davud oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunub. Barəsində 3 ay müddətində həbs qəti imkan tədbiri seçilib.
(Region TV)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


