Prezident “Aqrolizinq” ASC-yə 15 milyon ayırdı
Nazirlər Kabinetinə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etmək tapşırılıb.
Dövlət başçısı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


