Yeni doğulan əkizlər öldü: Ağcabədidə faciə

Yeni doğulan əkizlər öldü: Ağcabədidə faciə
  20 Avqust 2015    Oxunub:5116
Ağcabədi rayonunda doğuş faciəsi baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Zərdab rayonunun Lələağacı kənd sakini olan 1993-cü il təvəllüdlü Əliyeva Rufanə Fəxri qızı Ağcabədi rayonunun Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı ilə doğuş keçirib. Əməliyyatdan sonra qadının dünyaya gətirdiyi əkiz oğlan uşağı ölüb.

Qeyd edək ki, 22 yaşlı qadın vaxtında doğuş həyata keçirib. Həkimlər doğuşun keysəriyyə əməliyyatı ilə baş tutmasını məsləhət biliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.


Teqlər:  



Xəbər lenti