Prokuror Xədicə İsmayıla 9 il iş istədi

Prokuror Xədicə İsmayıla 9 il iş istədi
  21 Avqust 2015    Oxunub:1678
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, dövlət ittihamçısı Ramazan Hadıyev təqsirləndirilən şəxsin 9 il azadlıqdan və 3 il isə vəzifə səlahiyyətlərindən məhrum edilməsini istəyib.

Daha sonra çıxış üçün söz X. İsmayılovanın vəkilləri – Cavad Cavadlı və Fariz Namazlıya verilsə də onlar çıxışa hazır olmadıqlarını bildirib və məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Buna görə proses avqustun 26-na təxirə salınıb.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.


Teqlər:  



Xəbər lenti