Bakıda "itkin düşən" qızın sorağı - Türkiyədən gəldi

Bakıda "itkin düşən" qızın sorağı - Türkiyədən gəldi
  21 Avqust 2015    Oxunub:3838
Bir neçə gün əvvəl Bakıda itkin düşməsi ilə bağlı axtarışa verilən 22 yaşlı qızdan artıq xəbər var: polis onun sorağını Türkiyədən alıb.
Milli.az xatırladır ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Rəfiqə Məmmədova evdən çıxıb və geri qayıtmayıb. Polisin apardığı araşdırmadan sonra qaranlıq məqamlara aydınlıq gəlib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən sayta bildirilib ki, R.Məmmədovanın Türkiyə vətəndaşı ilə sevgi münasibətləri olub. Ailəsi buna etiraz etsə də, o, münasibətini davam etdirib. Bir neçə gün əvvəl isə oğlana qoşularaq evdən qaçıb.

Hazırda onların Türkiyədə olduğu bildirilir.


Teqlər:



Xəbər lenti