Xırdalanda qəza: motosiklet maşına girdi - Video

Xırdalanda qəza: motosiklet maşına girdi - Video
  22 Avqust 2015    Oxunub:3550
Gecə saatlarında Abşeron rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

32 yaşlı Samid Heydərov idarə etdiyi minik avtomobili qarşıdan gələn, 26 yaşlı Emil Mansurovun idarə etdiyi "Zontes" markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini, 16 yaşlı Araz Əsgərov ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, hər iki yaralı reanimasiaya şöbəsinə yerləşdirilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.




Teqlər:  



Xəbər lenti