`Sadəcə, çıx get!` - Razi Nurullayev Əli Kərimliyə
AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev bildirib.
Nurullayev fikirlərini belə əsaslandırıb: `Ona görə getsin ki, 1988-ci ildən bu günə kimi nəticəsiz yol gəlib. Başqa ölkələrdə siyasətçilərə bir və ya iki şans verilir. Ömürlük şans heç kimə verilmir. Buna görə də getməlidir. Deyirlər, seçkilər saxtalaşdırılır deyə Əli Kərimli də sədrlikdə qalmalıdır. Ona potensialını açmağa imkan vermirlər. Belə çıxır ki, iqtidar bu seçkiləri saxtalaşdırmağa, digər qeyri-qanuni yollardan istifadə edib davam etdikcə, Əli Kərimli də sədr qalacaq? Bundan böyük məntiqsizlik görməmişəm`.
Onun sözlərinə görə, dərd budur ki, YAP özünü saxta yollara əl atmaqla ömürlük iqtidar, AXCP isə Əli Kərimlinin timsalında xalqın xilaskarı kimi görünməyə çalışır: `Sən necə xilaskar ola bilərsən ki, gəldiyin nəticəsiz müddət ərzində minlərlə insanı qurban vermisən. Hər kəsin həyatı pisliyə doğru dəyişib, amma sənin həyatın yenə də digər müxalifət təmsilçilərinə baxanda çox yaxşıdır. Bir pasportun yoxdur ki, gedib xarici ölkələri turist kimi gəzəsən. Onunla da bağlı anlaşmaq istəyirsən, onu da əldə edəcəksən.
Sadəcə, çıx və get. Get...`
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


