Növbəti qəza, yenə ölü

Növbəti qəza, yenə ölü
  22 Avqust 2015    Oxunub:1886
Şamaxı şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də saat 04 radələrində Şamaxı şəhərində Bakı şəhər sakini Bəhrəm Xankişiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı divara vurub. Xəstəxanaya yerləşdirilmiş B. Xankişiyev orada ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:



Xəbər lenti