Bu gün Bakıya yağış yağacaq

Bu gün Bakıya yağış yağacaq
  24 Avqust 2015    Oxunub:1804
Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq.

Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.


Teqlər:



Xəbər lenti