`Xədicənin intim həyatı haqqında məlumatları dərc etsək`...
R.Arifoğlu bildirib ki, X.İsmayılova haqqında ittiham aktı rəsmi sənəddir: “Vaxtilə mənim haqqımda olan ittiham aktını da çap etmişdik. O cümlədən, bir çox məşhur məhbuslar haqqında da ittiham aktları, ifadələr çap olunub. X.İsmayılovanın da cinayət işi bizim üçün növbəti bir prosesdir. Sadəcə, burada X.İsmayılovaya və onu müdafiə edənlərə xoş olmayan məqamlar var və bunlar da ondan narahatdırlar”.
R.Arifoğlu əlavə edib ki, o ittiham aktı X.İsmayılovada da var, özü onu oxuyub: “Etirazı varsa, orada bildirə bilər. Biz rəsmi bir material çap etmişik. Amma orada X.İsmayılovanın zərərinə olan çox şeyi ixtisar etmişik”.
R.Arifoğlu həmçinin X.İsmayılovanın “Yeni Müsavat” qəzeti haqqında ittihamını dərc edən “Azadlıq” qəzetinə də iradlarını bildirib: ""Azadlıq" qəzeti yenə də “KİV haqqında” qanunun tələblərini və eyni zamanda, həmkarlıq prinsiplərini pozub. Mənim, “Yeni Müsavat” qəzetinin mövqeyi olmadan qəzet haqqında yazı dərc edib. Bu da qanun pozuntusu və Etik Kodeksin pozulması deməkdir.







Vaxtında, Aydın, Lazımlı!


