Əhmədin sevgisi başına bəla oldu - 25 il həbs

Əhmədin sevgisi başına bəla oldu - 25 il həbs
  27 Avqust 2015    Oxunub:7922
Azərbaycan vətəndaşı Əhməd Quliyevə Türkiyədə 25 il həbs cəzası verilə bilər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Əhməd Quliyev Mərkəz Çukurova mahalının Toros məhəlləsində yaşayan şərti adı N.D olan xanımla bir il ərzində sosial şəbəkə vasitəsilə danışıb.

Ə. Quliyev N.D ilə görüşmək üçün 2 dəfə Naxçıvandan Adanaya gedib. N. D ailəsinə Əhmədin onunla evlənmək istədiyini bildirsə də, qızın ailəsi onun azərbaycanlı gənc ilə evlənmək istəyinə qarşı çıxıb.

Lakin ailənin istəyinə məhəl qoymayan qız oğlanla görüşmək üçün yalana əl atıb. Belə ki, xalasıgilə getmək üçün ailəsindən icazə alan qız azərbaycanlı oğlanla Aydının Didim kəndində görüşüb. Ailəsini onların evlənmələrinə razı salmaq üçün cütlük iki dəfə cinsi əlaqədə olub. Hadisədən xəbər tutan N.D-nin anası S.D qızını Adanaya çağırıb. Cütlük Adanaya geri dönüb.

Gənclər geri qayıdandan sonra aralarında baş verən münasibəti N.D-nin valideynlərinə deyiblər. Lakin bu üsul da onların ailə qurmasına kömək etməyib. Əksinə vəziyyəti daha da pisləşdirib. Belə ki, N.D-nin anası dərhal “qızının cinsi təcavüzə məruz qalması” ilə bağlı polisə müraciət edib. N.D ərizəsində heç bir təcavüzün olmadığını və öz istəyi ilə Əhməd Quliyevlə cinsi əlaqədə olduğunu bildirib.

Hadisə ilə əlaqədar istintaq tamamlanıb.

Əhməd Quliyev barəsində Türkiyə qanunverciliyinə əsasən “Azyaşlıya qarşı cinsi zorakılıq” maddəsi ilə 15 il, “Azadlıqdan məhrumetmə” maddəsi ilə 10 ilə qədər həbs verilməsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsində iddia qaldırıb.

Hazırda Əhməd Quliyevi 25 ilə kimi həbs gözləyir. Yaxın günlərdə Əhməd Quliyev məhkəmə qarşısına çıxacaq.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti