Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək
  27 Avqust 2015    Oxunub:1906
Avqustun 28-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək. Temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti