Müdafiə naziri İlham Zəkiyevi təltif etdi - FOTO

Müdafiə naziri İlham Zəkiyevi təltif etdi - FOTO
  27 Avqust 2015    Oxunub:3999
Azərbaycan Respublikası Müdafiə Nazirliyi paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevə təşəkkürnamə verib.
AzVision.az xəbər verir ki, təşəkkürnaməni İlham Zəkiyevə müdafiə naziri Zakir Həsənov özü təqdim edib.



Təşəkkürnamədə deyilir:

`Sizi Silahlı Qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların vətənpərvərlik tərbiyəsində göstərdiyiniz xidmətlərə görə təşəkkür edir və böyük əminliklə bildirirəm ki, əsgəri olduğunuz hərbi hissəyə təqdim etdiyiniz Birinci Avropa Oyunlarında şərəfimizə qaldırılan Bayraq Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir`.


Teqlər:  



Xəbər lenti