Rusiyalı valideynlər Mehriban Əliyevanı təbrik etdi

Rusiyalı valideynlər Mehriban Əliyevanı təbrik etdi
  27 Avqust 2015    Oxunub:1868
Həştərxan şəhərindəki Bələdiyyə büdcəsindən maliyyələşdirilən “Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” təhsil müəssisəsi nəzdində “Drujba” uşaq bağçasında tərbiyə alan uşaqların valideynlərinin bir qrupu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
AzVision.az Azertac-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Biz Həştərxan şəhərindəki 11 nömrəli məktəbin nəzdində bu il yeni tikilmiş “Drujba” uşaq bağçasına gedən uşaqların valideynləriyik. Bu məktəbəqədər müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Şəhərin bəzəyinə çevrilmiş bu qəşəng, rahat binaya görə, uşaqlarımızın bütün gün ərzində olduğu təmiz və rahat qruplara, uşaq bağçasının həyətində balacaların təmiz havada əyləndikləri müasir oyun meydançalarına görə Sizə dərin təşəkkürümüzü bildiririk”.


Teqlər:



Xəbər lenti