Jurnalist Mahal İsmayıloğlu vəfat etdi

Jurnalist Mahal İsmayıloğlu vəfat etdi
  28 Avqust 2015    Oxunub:2430
Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru olub.


Teqlər:





Xəbər lenti