“Əli Kərimli təşviş içindədir”- YAP-çı deputat

“Əli Kərimli təşviş içindədir”- YAP-çı deputat
  28 Avqust 2015    Oxunub:4417
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Əli Kərimli və Razi Nurullayev AXCP adı uğrunda gedən mübarizəyə münasibət bildirib.
Partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında bildirib ki, hər ötən gün Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulanların sayı artır.

YAP rəsmisi fikirlərini belə davam etdirib: “Hazırda müxalifət dərin böhran içərisindədir və buna səbəb onların yürütdüyü radikal siyasət, cəmiyyətə zidd milli mövqedir. Razi Nurullayev də Əli Kərimlini partiyadan uzaqlaşdırmaq, partiyanı sağlamlaşdırmaq xəttini götürüb. Görünən mənzərə budur ki, AXCP-də Razi Nurullayevi dəstəkləyənlərin sayı durmadan artır.

Razi Nurullayevin başlatdığı mübarizəyə səssiz qalan Əli Kərimli əslində böyük təşviş içərisindədir və hər keçən gün partiyaya nəzarəti bir qədər də itirir. Yəqin o ya möcüzə baş verməsini gözləyir, ya da xaricdən müəyyən dairələrin məsələyə qarışaraq Razi Nurullayevi ona qarşı mübarizədən çəkindirməyə çalışacağına güvənir. Ancaq fakt göz qarşısındadır”.

A. Mirzəzadə vurğulayıb ki, bu gün Əli Kərimlinin mövqeyi ilə siyasətdə yer tutmaq mümkün deyil.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti