ŞOK: Azərbaycanlılar Polşa və Rusiyada qul kimi işlədilir

ŞOK: Azərbaycanlılar Polşa və Rusiyada qul kimi işlədilir
  29 Avqust 2015    Oxunub:5745
“Azərbaycan vətəndaşlarının qul kimi işlədildiyi ölkələr var”
Bu barədə AzVision.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. O, bildirib ki, Azərbaycanda bir sıra türk şirkətləri də var ki, onlar Türkiyə vətəndaşlarını aldadılaraq yüksək əməkhaqqı vədi ilə Azərbaycana gətirirlər. Amma Azərbaycana gələndə həm maaşlarını azaldırlar, həm də iş saatlarını çoxaldırlar.

S.Məmmədovun sözlərinə görə, artıq bir neçə ildir ki, həmin şirkətlərdən biri ilə məhkəmə çəkişməsi davam edir.

“Türk şirkətləri vətəndaşlarını işlədib pullarını verməyiblər. Bu kimi faktları məcburi əmək kimi qeydə alırıq. Amma həmin işçiləri döymək, qapalı yerdə saxlamaq, azadlıqlarını məhdudlaşdırmaq kimi faktlar yoxdur. Biz İnsan Alverinə qarşı Mübarizə İdarəsi ilə əməkdaşlıq edirik. Bir neçə dəfə onlara faktlarla bağlı müraciət etmişik. İstintaq gedib, həmin adamlar mənim yanımda dindirilib. Onlar ifadələrində bildiriblər ki, azadlıqları məhdudlaşdırımayıb, pis rəftar olunmayıb. Yəni belə hallar qeydə alınmayıb. İş yerlərində işçilərin azadlığınını məhdudlaşdırılması, onu artıq iş görməyə vadar etmək, qapalı mühitdə saxlamaq ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) maddəsi var ki, kifayət qədər ağır maddədir. Mustafa Öztürk adlı şəxs “Dilka AZE” MMC-yə qarşı neçə ildir ki, məhkəmə şikayəti var. Azərbaycanda fəaliyyət göstərən “İstanbul Çarşı” adlı türk şirkəti ilə bağlı məhkəməni isə udmuşduq”.

Azərbaycanda da məcburi əməyin olduğunu deyən Liqa sədri bildirib ki, fiziki şəxs ev qulluqçusu məcburi əməyə cəlb etsə də həmin iş məhkəmə ilə nəticələnmədi.

S. Məmmədovun sözlərinə görə, Azərbaycan vətəndaşlarının da qul kimi işlədildiyi ölkələr var.

“Bizdə olan məlumata görə, Polşada Azərbaycan vətəndaşları qul kimi işlədilib. Heç Polşa hökuməti bununla düzgün maraqlanmamışdı. Əksinə vətəndaşlarımızı həbs etmişdi. Öz iradəsindən asılı olmayaraq Polşaya keçən 5 vətəndaşmız dövlət sərhədlərini qanunsuz pozmaqda günahlandırıldılar. Bu tək bir misaldır. Rusiyada və başqa ölkələrdə Azərbaycan vətəndaşlarının qul kimi işlədilməsi halları var. Sadəcə bunun statistikasını aparan yoxdur. Həmkarlar İttifaqı çalışır ki, Rusiyanın Həmkarlar İttifaqı ilə müqavilə bağlasınlar. Hazırda müsbət dəyişikliklər var”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti