Bakıda iki məktəb ləğv edildi
AzVision.az bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatına istinadla xəbər verir.
2011-ci ildə əsaslı təmir olunmuş 133 nömrəli tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunmuş 150 nömrəli tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir.
Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.