`Dözə bilmədim, stadionu tərk etdim` - Rövnəq Abdullayev
AFFA prezidenti qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib:"Onları təriflədim. Belə davam etsinlər!"
R.Abdullayev futbolçularla dünənki görüşündən də danışıb: "Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi".
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki isə oyunçuları ilə fəxr etdiyini bildirib: “Çünki rəqib Avropanın ən güclü komandalarından biri idi. Mənim komandam mübarizə apardı və futbol oynadı. Mənə elə gəlir ki, bu Azərbaycan futbolu üçün yaxşı nəticədir".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


