Azərbaycanda güclü zəlzələ oldu - 7 bal (Yenilənib)

Azərbaycanda güclü zəlzələ oldu - 7 bal (Yenilənib)
  04 Sentyabr 2015    Oxunub:18643
Bu gün səhər saatlarında Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.

Sakinlərin bildirdiyinə görə, yeraltı təkan paytaxt Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Ağdam, Füzuli, Biləsuvar, Xaçmaz, Tovuz, Yevlax, Gədəbəy, Zaqatala, Balakən, Şəki, Ucar, Göyçay, Ağdaş, Şamaxı, İsmayıllı və digər rayonlarda hiss olunub.

Mingəçevir sakinlərinin AzVision.az verdiyi məlumata görə, zəlzələdən təşvişə düşən sakinlər evlərini tərk etməyə başlayıblar.

Mingəçevir rayon İcra Hakimiyyəti də faktı təsdiqlədi.

Bildirilib ki, hələlik dəyən ziyan barədə məlumat yoxdur. Hazırda zəlzələ ilə bağlı araşdırma aparılır.

***

AMEA Respublika Seysmoloji Xİdmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:49:36-da Şəkidən 29km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

***

Mingəçevirin deputatı Aydın Mirzəzadə təmsil etdiyi rayonda baş verən zəlzələ ilə bağlı Facebook səhifəsində məlumat paylaşıb: `Mingəçevirdə də zəlzələ oldu, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib. Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki, dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur. Həmin vaxtı Bakıda olduğum otaqda lyustrun zəif tərpənişini mən də hiss etdim`.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti