FHN-dan 7 ballıq zəlzələ ilə bağlı açıqlama

FHN-dan 7 ballıq zəlzələ ilə bağlı açıqlama
  04 Sentyabr 2015    Oxunub:14163
Fövqəladə Hallar Nazirliyindən Azərbaycanda baş verən zəlzələ ilə bağlı açıqlama verilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, dağıntı faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qaynar xəttlərinə heç bir məlumat daxil olmayıb.

Nazirlikdən həmçinin qeyd edilib ki, yaxın saatlarda zəlzələ ilə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanda güclü zəlzələ olub. AMEA Respublika Seysmoloji Xİdmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 09:49:36-da Şəkidən 29km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti