Rauf Mirqədirovun həbs müddəti uzadıldı
E. Süleymanov məhkəmənin R. Mirqədirovun barəsində seçilmiş həbs -qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul etdiyini bildirib.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə bu il mayın 6-da Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


