Şəkidə 2 gənc göldə batıb

Şəkidə 2 gənc göldə batıb
  05 Sentyabr 2015    Oxunub:1912
Şəkidə bədbəxt hadisə baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonunda süni göldə 1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğlu batıblar .

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Zəkəriyayev və R.Əhmədovun cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:14-də başa çatıb.


Teqlər:



Xəbər lenti