“Əli Kərimli getsin kral olsun” - Razi Nurullayev
Daha sonra Əli Kərimliyə səslənən R.Nurullayev onu sağlam mübarizəyə çağırıb: “Əli Kərimliyə səslənirəm. AXCP-nin ümumi qurultayı olsun, biz də özümüzü buraxaq. Əli Kərimli də sədrliyə namizədliyini verməsin. Əli Kərimli getsin özünü lider, imperator elan etsin, lap kral olsun. Amma AXCP sədrliyindən getsin, cəbhəçilər rahatlıq tapsın, biz qurultayımızı keçirək. Kim qalib gələcəksə, o da partiyanın sədri olsun. Normal sədr seçilsin”.
Sonra seçki keçirilib. Səsvermə nəticəsində Şirvani Qasımov AXCP Etimad Qurultayı TK-nın Nərimanov rayon şöbəsinin sədri, Mikayıl Quliyev Ali Məclisin üzvü, Səbuhi Fərzəliyev, Maarif Mehdiyev, Əfsun Bayramov, Mikayıl Quliyev Nəzarət-Təhqiqat Komitəsinin üzvləri, Şirvani Qasımov, Mikayıl Quliyev, Ələkbər Səfərov, Səbuhi Fərzəliyev isə Qurultaya nümayəndə seçiliblər.
Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.
Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


