1000 tələbə pula görə ali məktəbdən imtina edib

1000 tələbə pula görə ali məktəbdən imtina edib
  07 Sentyabr 2015    Oxunub:3862
Bu il 1000-ə yaxın tələbə ali məktəbə qəbul olsa da universitetdən imtina edib.
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi bildirib ki, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxını ali təhsil müəssisələrindən imtina edib:“Qeydiyyatdan keçməyənlər əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdir”.

Ali məktəbdən imtina edən tələbələrin əksəriyyətinin qızlar olduğu bildirilir. Onlar ödənişli təhsil ala bilmədikləri üçün bu addımı atdıqlarını əsas gətirirlər.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti