Albaniya Azərbaycanda səfirlik açır

Albaniya Azərbaycanda səfirlik açır
  07 Sentyabr 2015    Oxunub:2198
"Albaniya yaxın zamanlarda Azərbaycanda səfirliyini açacaq".
AzVision.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Albaniyanın Türkiyədəki səfiri Genci Muçay bildirib. Onun sözlərinə görə, həmçinin Azərbaycanın Albaniyada səfirliyinin açılması gözlənilir.

"Albaniya və Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur", - G.Muçay bildirib. O əlavə edib ki, bu ilin sonuna qədər Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfəri gözlənilir, bu da Azərbaycan-Albaniya münasibətlərini möhkəmləndirməyə imkan verəcək.


Teqlər:  



Xəbər lenti